İstanbulun Beyoğlu rayonunun Cihangir səmtində yerləşən, məşhur türkiyəli aktyor Ufuk Bayraktara məxsus kafeyə silahlı hücum olub.
Naməlum şəxs tərəfindən kafedə oturan müştəriyə 5-6 dəfə atəş açılıb. Atəş açılan şəxs və həmçinin başqa iki müştəri də yaralanıblar. Hücuma məruz qalan şəxs belindən, kafedə olan digər iki müştəri isə ayaqlarından xəsarət alıblar.
Hücum edən şəxs daha sonra hadisə yerindən qaçıb.
Əraziyə polis və sağlamlıq qrupları göndəriliblər. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıblar.
Hadisənin baş verdiyi küçədə nəqliyyatın hərəkəti dayandırılıb və zolaqla çərçivələnib. Qaçan cinayətkarın tutulması üçün əməliyyata başlanılıb.
Hadisə şahidlərindən olan səyyar satıcı yaralananlardan birinin qadın olduğunu bildirib./oxu.az