İstanbulda İŞİD-ə qarşı əməliyyat: ONLARLA SAXLANILAN VAR

Türkiyənin İstanbul şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

Stopnarkotik.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 37 müxtəlif ünvanda eyni vaxtda keçirilən əməliyyat nəticəsində 33 şübhəli saxlanılıb.

Onların Suriyadakı PKK/YPG terror təşkilatına maliyyə dəstəyi göstərdiyi müəyyənləşib.

Qeyd olunub ki, daha iki şübhəlinin axtarışları davam edir.