İstanbulda genişmiqyaslı əməliyyat: ONLARLA ŞƏXS YAXALANDI

İstanbulda cinayətkar dəstələrə qarşı növbəti uğurlu əməliyyat keçirilib.

Bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, İstanbulda şərti adı “Kuyu-22” adı verilən əməliyyatlarla 23 krimianl şəxs qandallanıb: 

"İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi tərəfindən digər qurumlarla koordinasiyalı şəkildə İstanbulun Sancaktepe, Bağcılar, Fatih, Güngören, Büyükçekmece, Başakşehir, Sarıyer və Şişli rayonlarında keçirilən "Kuyu-22" kod adlı əməliyyatla müxtəlif cinayətlərdə aktiv rool alan 23 şübhəli tutulub. Əməliyyat zamanı 2 ədəd əl qumbarası, 7 ədəd sənədsiz tapança, 1 ədəd avtomat silah, 1 ədəd GPS izləmə cihazı, müxtəlif miqdarda narkotik vasitə və əməliyyatlarda istifadə olunduğu müəyyən edilən oğurlanmış avtomobil müəyyən edilərək götürülüb."

Nazir bildirib ki, saxlanılanlar müxtəlif tarixlərdə iş, yaşayış yerlərini, o cümldən təhdid və sui-qəsd xarakterli olmaqla maşınları atəşə tutmaqda, iş yerlərinə əl qumbarası və səs bombası atmaq və sair cinayətlərə yol veriblər.