İstanbulda 200 milyon lirə dəyərində qaçaq dərman ələ keçirildi: 5 nəfər saxlanıldı

İstanbulun Fatih, Esenler və Avcılar rayonlarında həyata keçirilən əməliyyatlar zamanı xərçəng, şəkər, astma və hormonal xəstəliklərin müalicəsində istifadə edilən dərmanlar da daxil olmaqla 628 min 469 həb dərman ələ keçirilib.

Stopnarkotik.az xəbər verir ki, dərmanların bazar dəyərinin təxminən 200 milyon lirə olduğu açıqlanıb. Əməliyyat zamanı 5 şübhəli saxlanılıb.

Stopnarkotik.az