İstanbul metrosunda bomba tapıldı

İstanbulun Başakşehir metrosunun yaxınlığındakı yağış drenajında ​​əldəqayırma partlayıcı tapılıb.

Stopnarkotik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polislərin araşdırması nəticəsində partlayıcı mühafizə altına alınıb.

Polis hadisə yerinə, istinad divarı və ətrafına baxış keçirdikdən sonra bağlı yol nəqliyyatın hərəkətinə açılıb.

Araşdırmalara başlanılıb.