İsrail “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi və digər silahları onların İranın əlinə keçəcəyindən qorxduğu üçün Ukraynaya vermir”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu müsahibəsində deyib.
Netanyahunun sözlərinə görə, Tehran ələ keçirdiyi İsrail silahlarını yəhudi dövlətinin özünə qarşı istifadə edə bilər.
“İsrail məskunlaşması sıx olan ölkədir. Bizdə itkilərin sayı bir səbəbdən o qədər də çox deyil: “Dəmir günbəz” yaşayış məntəqələrimizə düşə biləcək raketlərin 95%-ni vurur. Əgər bu sistem İranın əlinə keçərsə, o zaman milyonlarla israilli müdafiəsiz qalacaq və təhlükə qaçılmaz olacaq”.