İsrailin nüvə obyektlərini vura bilərik - İRANLI GENERAL

İsrailin nüvə mərkəzləri müəyyən edilib və bütün hədəflər haqqında lazımi məlumatlar var.

Stopnarkotik.az sepahnews-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Nüvə Mərkəzlərinin Mühafizəsi və Təhlükəsizliyi Korpusunun komandanı general Əhməd Haq Tələb bildirib.

O qeyd edib ki, İsraildən hücum olarsa, həmin hədəflər İranın ixtiyarında olacaq.

General əlavə edib ki, İran özünün nüvə doktrinasını nəzərdən keçirə bilər.