"İsrailin hücumuna cavab verməyə borcluyuq" - İRAN XİN

BMT Nizamnaməsinə əsasən, İran özünü İsrailin İran ərazisinə hücumuna cavab verməyə borclu hesab edir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"İran İslam Respublikası Xarici İşlər Nazirliyi sionist rejimin İrandakı hərbi mərkəzlərə qarşı təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir və onları beynəlxalq hüququn və digər ölkələrin ərazi bütövlüyünə və ya müstəqilliyinə qarşı güc tətbiq etməkdə BMT nizamnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirir.

İran BMT Nizamnaməsinin 51-ci maddəsində də öz əksini tapmış ayrılmaz hüquqi müdafiə hüququna əsaslanaraq, özünü xarici təcavüz aktlarından müdafiə etmək hüququnu özündə saxlayır və cavab verməkdə özünü borclu hesab edir", - bəyanatda qeyd olunub.