İsrailin Xarici İşlər Nazirliyi Azərbaycan, Türkiyə, Ermənistan, Türkmənistan və İranda olan vətəndaşlarına xəbərdarlıq edib.
Stopnarkotik.az xəbər verir ki, Nazirliyin saytında yerləşdirilən çağırışda onlara İran tərəfindən gələ biləcək təhlükələrə qarşı diqqətli və ehtiyatlı davranmalı olduqları bildirilib.
Qeyd olunub ki, təhlükə vətəndaşlarla yanaşı, İsrailin dövlət rəmzlərinə qarşı da yönələ bilər.