Bu ana qədər İsraildəki hadisələr zamanı xəsarət alan azərbaycanlılar barədə məlumat daxil olmayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Azərbaycanın İsraildəki səfirliyi tərəfindən tezliklə vətəndaşlarımıza müraciət dərc olunacaq, qaynar xətt yaradılacaq", - deyə əlavə edilib.