İsrail Qəzza zolağı ətrafında fövqəladə vəziyyət elan edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə yerli “The Times of Israel” onlayn nəşri yazıb.
Nəşrin sözlərinə görə, İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağı ətrafında 80 km radiusda yerləşən ərazilərdə fövqəladə vəziyyət elan edib. Bu zonaya Tel-Əviv və Beerşeba kimi böyük şəhərlər daxildir.
Xatırladaq ki, bu gün səhər saatlarından etibarən İsrailə raket hücumu davam edir. Nəticədə bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Bu səbəbdən İsrail ordusu döyüşə hazır vəziyyətə gətirilib.