Oktyabrın 7-də HƏMAS-ın hücumuna məruz qalan İsrailin cənubundakı musiqi festivalının keçirildiyi ərazidə 260 nəfərin cəsədi tapılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, festival 6-7 oktyabr tarixlərində Qəzza zolağı ilə sərhəddə yerləşən Reim kommunasında baş tutub. Oktyabrın 7-də səhər saatlarında HƏMAS silahlıları İsrailə soxularaq festival iştirakçılarına hücum edib. Hücum nəticəsində festival iştirakçıları ölüb və yaralanıb, bir neçə nəfər isə silahlılar tərəfindən girov götürülüb.
Qeyd edək ki, HƏMAS və “İslami-Cihad” Hərəkatının 7 oktyabrda İsrailə hücumu nəticəsində 700-dən çox insan ölüb, 2,2 min insan yaralanıb.
İsrail ordusu müharibə elan edib və cavab tədbirləri görür.