İsrail Türkiyədəki diplomatlarını geri çağırıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Eli Koen məlumat verib.
Vurğulanıb ki, Türkiyənin bəyanatlarından sonra İsrail münasibətləri yenidən nəzərdən keçirmək üçün sözügedən addımı atıb.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə İsrailin Qəzzadakı əməliyyatlarını kəskin tənqid edib.