İsrail Qəzza zolağında növbəti humanitar atəşkəsə və anklav əhalisi üçün humanitar yardımın həcminin artırılmasına hazırdır.
Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Prezidenti İsaak Hersoq ölkədə təmsil olunan 80 ölkənin səfirləri və diplomatları qarşısında çıxışı zamanı bildirib.
“İsrailin girovların azad edilməsini təmin etmək üçün növbəti humanitar atəşkəsə və əlavə humanitar yardıma hazır olduğunu təsdiq edə bilərəm”, - o deyib.
İsrail prezidenti qeyd edib ki, buna baxmayaraq, məsuliyyət tamamilə HƏMAS rəhbərliyinin üzərinə düşür.