İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatları aparılan rayonlardan əhalinin təxliyə planını, eləcə də gələcək operativ planı hərbi kabinetə təqdim edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
Qeyd edək ki, daha öncə İsrail Baş naziri Benyamin Netanyahu Rəfah ərazisində əməliyyatların HƏMAS ilə razılaşma çərçivəsində bir müddətlik təxirə salına biləcəyini bildirib.