İsrail ordusunun təmsilçisi, polkovnik-leytenant Conatan Konrikus bildirib ki, ölkənin müdafiə qüvvələri Fələstinin HƏMAS hərəkatının hərbi qanadının istifadə etdiyi 150-dən çox tuneli partladıb.
Stopnarkotik.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
O qeyd edib ki, HƏMAS silahlıları hücumlardan gizlənmək üçün tunellərdən istifadə edirlər. Konrikusun sözlərinə görə, ordu HƏMAS-ın tunelləri və yeraltı infrastrukturunun yerləşdirilməsi üçün işləri davam etdirir.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.