İsrail İranın hərbi hədəflərini belə MƏHV ETDİ – VİDEO

İsrail İranda onlarla hərbi hədəfə hücum edib.

Bu barədə görüntülər İsrail KİV-də yayılıb.

Məlumata görə, bu gün İsrail Müdafiə Qüvvələri 40 qırıcı təyyarə ilə İran ərazisindəki onlarla hərbi hədəfə 100-dən çox sursatla hücum etdiyini açıqlayıb.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.

İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.