İsrail HƏMAS liderinin ailə üzvlərini həbs etdi

İsrail əsgərləri İordan çayının qərb sahilində yüksək rütbəli HƏMAS lideri Saleh əl-Arurinin evinə basqın edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata görə, Saleh əl-Aruri HƏMAS-ın ümumi lideri İsmayıl Haniyənin müavini və islamçı terror qruplaşmasının hərbi qanadının qurucularından biridir.

Bildirilib ki, liderin ailə üzvləri həbs edilib.