İsrail atəşkəs xəbərini təkzib etdi - YENİLƏNİB

"Daha əvvəl qeyri-rəsmi mənbələr tərəfindən elan edilən atəşkəs Qəzza zolağında qüvvədə deyil". 

Bunu İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib. 

Netanyahunun ofisinin "X" sosial şəbəkəsində dərc edilmiş mesajda deyilir: "Hazırda Qəzza zolağında əcnəbi vətəndaşların təxliyəsinə icazə verilməsi müqabilində atəşkəs və ya humanitar atəşkəs yoxdur". 

***10:11

Qəzza zolağının cənub bölgələrində beş saatlıq atəşkəs rejimi tətbiq edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu addım əcnəbilərin bölgəni tərk edə bilməsini təmin etmək, eləcə də, Qəzzaya humanitar yardım göndərmək məqsədi daşıyır.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.