İsrail 17 ildən sonra ilk dəfə bu silahdan istifadə etdi

İsrail Müdafiə ordusu Qəzza zolağında HƏMAS-a məxsus obyektlərə zərbələr zamanı 2006-cı ildən bu yana ilk dəfə M270 reaktiv yaylım atəşi sistemlərindən istifadə edib.

Bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.