İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, tədbirlərlə Vüqar Məmmədov, Amil Boyatov, Zaur Şirinov və Səyyar Məmmədov saxlanılıb. Onlardan “Kalaşnikov” avtomat, daraq və 30 ədəd patron, eləcə də narkotik vasitə olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılanlar maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar odlu silah və narkotikləri əvvəlcədən razılaşdıqları yerə çatdırmalı imişlər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.