İmsayıllı rayonunda qadın itkin düşüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlə Nazirliyindən bildirilib.
Məlumata görə, İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.
Sonuncu dəfə onun əynində qara rəngli köynək, yaşıl şalvar və qara rəngli ayaqqabı olub.
Onun əlamətləri: boyu 163 sm, dolu bədən quruluşlu, saçları qaradır.
Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur" - deyə məlumatda qeyd olunub.