İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Hüseyni əl-Qureşinin ölümü təsdiqlənib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan açıqlamada bildirilib ki, onların lideri Suriyanın şimal-qərbində İŞİD və Cəbhət ən-Nusra qruplaşması arasında baş verən qarşıdurmada öldürülüb.
Terrorçular həmçinin yeni lider təyin etdiklərini açıqlayıblar. Bu, Əbu Həfs əl-Haşimi əl-Kureşidir.