Füzuli Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Qayıdış qəsəbəsi 8 saylı tam orta məktəbdə narkomaniyaya və erkən nikaha qarşı maarifləndirmə tədbirləri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Zaur Abbasov və rayon prokuroru Ramiz Əliyev narkomaniyanın insan sağlamlığına, düşüncə qabiliyyətinə vurduğu zərərlərdən söhbət açıblar. Narkotik aludəçiliyinin sağalmaz yaralar açdığı, bu bəlaya qurşananların fiziki və mənəvi olaraq özünü məhv etdiyini diqqətə çatdırıblar.
Erkən nikahın fəsadlarından da bəhs olunan tədbirdə, gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirmələri, mütəmadi şəkildə mütaliə ilə məşğul olmaları və sağlam təməlləri olan gələcək qurmaları tövsiyə edilib.
Sonda maarifləndirici video çarx göstərilib, maraq doğuran suallar cavablandırılıb.
