Laçın şəhərinə müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq. Bu həftənin bazar günündən etibarən avtobuslar Bakı-Laçın-Bakı reysi üzrə hərəkət edəcəklər.
Maşrut üzrə reyslər gündəlik fəaliyyət göstərəcək.
Qeyd edilib ki, bilet alan şəxslərin işğaldan azad olunmuş ərazilərə girişlə bağlı icazələrinin olması mütləqdir.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.