Bir neçə gün əvvəl işdən çıxarılan Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin sabiq rəis müavini Nihad Məhəmmədzadə Naxçıvan MR Ali Məclisini məhkəməyə verib.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsinə müraciət edən N.Məhəmmədzadə əmək mübahisələri çərçivəsində işə bərpa edilməsini tələb edib.
O, işdən çıxarılmasını qanunsuz hesab etdiyini bildirib.
Müraciətə hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq, məhkəmə iclasının tarixi hələlik müəyyənləşməyib.
Qeyd edək ki, N.Məhəmmədzadə Naxçıvan MR Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 2 dekabr 2024-cü ildə imzaladığı Sərəncamla vəzifəsindən azad edilib. O, həmin vəzifəyə Ali Məclis sədrinin 14 iyul 2023-cü il tarixli Sərəncamı ilə təyinat almışdı.
N.Məhəmmədzadənin məhkəməyə müraciəti ilə bağlı ilk məlumatı TNS.az saytı yayıb.