"İşçi Masası"nın üzvü Möhyəddin Orucov 3 il azadlıqdan məhrum edildi

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Möhyəddin Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, "İşçi Masa"sının üzvü Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Möhyəddin Orucova barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bundan əvvəl də o, 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası alıb.