Şuşada yerləşən məşhur “İsa bulağı” restoranının müdir müavininin Xankəndidə qaldığı ev qarət olunub.
Bu ilin aprelində baş vermiş cinayət işinə Xankəndi Rayon Məhkəməsində baxılıb.
Məlum olub ki, təqsirləndirilən Nizami Cabbarov (ad-soyad şərtidir) zərərçəkmiş, “İsa bulağı” restoranının müdir müavininin evinə qanunsuz daxil olaraq, oradan dəyəri 2500 manat olan “Samsung Z-Flip” markalı bir mobil telefon, dəyəri 400 manat olan “İphone 8” markalı bir mobil telefon, 750 manatlıq olan “Apple Watch 8 Ultra” markalı qol saatı, 340 manatlıq “Apple” firmasına aid “Airpods” qulaqcıq, 240 manatlıq daha bir “Apple” firmasına aid “Airpods” qulaqcıq, ümumi dəyəri 150 manat olan 30 qutu “Marlboro” markalı siqaret, ümumi dəyəri 140 manat olan “DC King” markalı ətir, dəyəri 500 manat olan 2 ədəd “Dior Savage” markalı ətir və içərisində 150 manat nağd pul olan 20 manatlıq pul qabını oğurlayıb.
Təqsirləndirilən şəxs ümumilikdə müdir müavininə 5190 manat maddi ziyan vurub.
Nizami Cabbarov başqa bir epozidda isə “Niva” markalı avtomobildən oğurluq edib.
Məhkəmənin qərarına əsasən, Xankəndiyə fəhlə işləmək üçün gedən 2001-ci il təvəllüdlü Nizami Cabbar 2 il müddətinə azadlıqdan məhrum edilib. “İsa bulağı” restoranının müdir müavini oğurlanan əşyaları ona qaytardığı üçün təsqirləndirilən şəxsdən şikayətçi olmayıb./"teleqraf"