İrəvandan Rusiya Federasiyasının 2024-cü ildə Ermənistanı anneksiya edəcəyi haqda xəbər sızıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Razmik Akopcanyan sensasion bəyanatla çıxış edib. R.Akopcanyan açıqlayıb ki, İrəvanda hökumətin dalda dəhlizlərində Rusiya Federasiyası ilə Ermənistan arasında silahlı münaqişə ehtimalını nəzərdən keçirirlər.
“Söz-söhbətin mövzusu daha çox münaqişə deyil, Rusiyanın Ermənistan ərazisində sürətli və effektiv hərbi əməliyyatıdır. Niyə? Çünki bizim hazırda bacarıqlı ordumuz yoxdur və bunu Kreml bilir. Rusiya ilə ümumi sərhədlərin olmaması ilə bağlı arqumentə istinad edərək buna şübhə ilə yanaşanlara, bolşeviklərin respublikamızı necə işğal etdiklərini və Ermənistanı 70 ildən artıq nəzarətdə saxladıqlarını xatırlatmaq istərdim. Zərbə indi hər yerdən gələ bilər. Məsələn, oliqarx İvanişvilinin nəzarətində olan Gürcüstandan, onun göstərişi ilə Kreml nə istəsə, edilə bilər.
Rusiyada 1991-ci ilin martında Ümumittifaq referendumunun keçirildiyini xatırlamağı xoşlayırlar. Referendumun təşkilinin həvalə edildiyi Mərkəzi Respublika referendum komissiyaları 15 respublikadan 9-da yaradıldı. O cümlədən Azərbaycanda. İndi bu ölkədə müstəqillik eşqindən çox və pafoslu danışmağı xoşlayırlar, amma o zaman, 1991-ci ilin martında referendumda iştirak edən azərbaycanlıların 93,3 faizi SSRİ-nin saxlanmasına səs verdi. Ermənistan isə o zaman da bu ittifaqı dağıtmaq arzusunu nümayiş etdirdi.
Bunu Kremldə hamı xatırlayır. Və Rusiya ictimai şüurunda ölkəmizin mənfi imicini gücləndirərək bu ab-havanı biruzə verirlər. Qarşılıqlı təmaslar əsrində Ermənistanda sığınacaq tapmış çoxlu sayda rusların olduğu bir vaxtda dövlətimiz haqqında mənfi rəy yaratmaq mümkün olmadığını kimsə düşünsə, mən onları ayılmağa çalışıram.
Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanın başına gələnləri xatırlayaq. Ruslar bu ölkəyə kütləvi şəkildə səfər edirdlər, heyran qalırdılar, Rusiya səhnəsində, Rusiya siyasətində və biznesində çoxlu gürcülər var idi. Amma rus tankları öz işini gördü və heç kim onlara mane olmadı. Ukraynanı xatırlayaq. Bunlar ümumiyyətlə bir-birinə ən yaxın iki xalqdır. Bəs nə oldu? Rusiya Ukraynaya qarşı böyük müharibəyə getdi, ərazisinin dörddə birini ələ keçirdi və buna davam edir. Və yenə də heç kim, ümumiyyətlə, onu dayandırmaq istəmir. ABŞ və Avropa ölkələri Ukraynanı tək qoydular. Eyni şey Ermənistanı da gözləyir”, deyə siyasi şərhçi bildirib.
Stopnarkotik.az