İrəvan Dövlət Universitetinin korpuslarından birində partlayış baş verib, ölən və yaralananlar var.
Stopnarkotik.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə bu ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Ölən şəxs yaşıllaşdırma idarəsinin əməkdaşıdır. Partlayışdan sonra tələbələr sürətlə ərazidən uzaqlaşdırılıblar.