Qarabağda antiterror əməliyyatının başlaması ilə paralel İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyaları başlayıb.
Stopnarkotik.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Respublika meydanında toplaşan azsaylı kütlə Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı ilə bağlı Ermənistana hakimiyyətinə etiraz ediblər.
Onlar Nikol Paşinyan hakimiyyətinin istefa verməsini tələb edərək hökumət binasına daxil olmağa cəhd göstəriblər. Bu zaman etirazçılarla polis arasında toqquşma olub.