İrəvanda baş tutan Ermənistan-İran görüşündən sonra bildirilib ki, Tehrana təhlükəsizlik sözü verilib. Bu barədə İranın XİN naziri Abbas Araqçi açıqlama verib.
“Tranzit və tranzit marşrutları ilə bağlı müzakirələrə, o cümlədən Vaşinqtonda keçirilən son müzakirələrə gəlincə, erməni tərəfi İranın qırmızı xətləri ilə tanış olduğuna, onlara diqqət yetirdiyinə və daim diqqətdə saxlanacağına, Ermənistanın İrana öz ərazisindən hər hansı təhlükəyə heç vaxt imkan verməyəcəyinə dair çox ətraflı izahatlar verdi və lazımi təminat verdi”, deyə Araqçi İran mediasına deyib.
Stopnarkotik.az