İraqlı miqrantlar İsveçdə Quranı yandırdılar

İraqlı miqrantlar Salvan Momika və Salvan Najem İsveçin Stokholm şəhərində parlament binası yaxınlığında aksiya təşkil edərək, Quranın bir neçə səhifəsini yandırıblar. 

TASS-a istinadən xəbər veririk ki, aksiyaya 60-a yaxın insan toplaşıb. Onlardan 20-si journalist olub. 

Aksiyanı izləyən müsəlmanlar yüksək səslə qışqıraraq bu cür hərəkətlərə etiraz ediblər. "Kitabları yandırmaq demokratiya demək deyil" deyə onlar qışqırıblar.

Aksiya paytaxt rəhbərliyi ilə razılaşdırılıb.