İranlıya narkokuryerlik edən daha 2 nəfər saxlanıldı - BİRİ KEÇMİŞ MƏHKUM, DİGƏRİ QADINDIR/ VİDEO, FOTO

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar 41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə saxlanılıblar.

Stopnarkotik.az xəbər verir ki, onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. 

Saxlanılan şəxslər narkotik vasitəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.  

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

**