İranlı siyasi fəal Türkiyədə güllələnərək öldürüldü

İran hökumətinə müxalif siyasi fəal Məsud Nəzəri Türkiyənin İstanbul şəhərində yaşadığı evin qarşısında naməlum silahlılar tərəfindən güllələnərək öldürülüb.

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Onun ailəsinə istinadən bildirilib ki, 10 ildir Türkiyədə yaşayan Nəzəri bir neçə dəfə İran təhlükəsizlik məmurları tərəfindən təhdid edilmişdi. Milliyyətcə kürd olan Məsud Nəzəri İran hökumətinin sünni məzhəbli vətəndaşlara qarşı ayrı-seçkilik siyasətlərinin tənqidçilərindən biri sayılırdı.