İranın xüsusi xidmət orqanlarının əməkdaşları jurnalist Pərisa Salehinin evində axtarış aparıb.
Bu barədə jurnalist sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, axtarış zamanı mobil telefonu götürülüb. Jurnalist həmçinin qeyd edib ki, zabitlər onu və ailə üzvlərini təhqir ediblər.
Pərisa Salehinin evində axtarış aparılması ilə bağlı isə heç bir rəsmi xəbər yoxdur.
İranlı fəallar deyir ki, rəsmi qurumlar adətən xüsusi xidmət orqanları əməkdaşlarının bu tip fəaliyyətləri barədə susmağa üstünlük verir.
Pərisa Salehinin evində axtarış aparılması onun İranda baş verənlərə biganə yanaşmaması, vaxtaşırı sosial şəbəkələrdə bu barədə yazması olub.
Pərisa Salehi "İnsaf” xəbər agentliyinin keçmiş əməkdaşıdır. Ondan əvvəl iki jurnalist "Məhsa Əmin olayı” barədə yazdığı üçün həbs edilib. Söhbət Nilüfər Hamidi və Elha Məhəmmədidən gedir.
Ötən ilin sentyabrın 22 yaşlı Məhsa Əminin polis bölməsində ölməsi ölkədə ciddi etirazlara səbəb olub. İranlı fəallar hesab edir ki, Məhsa Əmin öldürülüb. Bu hadisədən sonra ölkənin bütün regionlarını etiraz dalğaları bürüyüb. Etirazlar bu gün də lokal və müxtəlif formalarda davam etdirilir./qaynarinfo