İsrailin İranın nüvə obyektlərinə endirdiyi aviazərbələrdən sonra radiasiya sızıntısının olub-olmadığı diqqət mərkəzində idi. Verilən açıqlamalar göstərir ki, narahatlıq üçün yetərli qədər əsas var.
Belə ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin rəhbəri Rafael Qrossi İranın Natanz şəhərindəki nüvə obyektlərində radioaktiv və kimyəvi çirklənmə aşkar edildiyini bildirib.
İranın başqa nüvə obyektləri də müşahidə altında olduğundan buna dair xəbərlər yəqin ki, açıqlanacaq. Radiasiya sızıntısı nəinki təkcə İranın özü üçün, həm də bölgə ölkələr üçün təhlükə kəsb edir.
Stopnarkotik.az