İsrailin İran ərazisinə təşkil etdiyi hücum nəticəsində İsfahan əyalətində yerləşən Nataəz nüvə obyektinin tamamilə məhv edildiyi bildirilir.
İran dövlət televiziyası hücumun nəticəsində bölgədə tüstü buludlarının yüksəldiyini açıqlayıb.
Hələlik rəsmi açıqlama verilməsə də, vəziyyət beynəlxalq narahatlıq doğurur.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) rəhbəri Rafael Mariano Qrossi məsələ ilə bağlı verdiyi açıqlamada vəziyyətin narahatedici olduğunu deyib. Onun sözlərinə görə, UAEA bölgədəki səlahiyyətli şəxslərlə radiasiya səviyyəsi ilə bağlı daimi təmasdadır.
Qrossi əlavə edib ki, İsrailin hücumları zamanı hədəf alınan obyektlər arasında Natənz nüvə təsisinin də olduğu UAEA tərəfindən təsdiqlənib.
Hadisə fonunda bölgədə radiasiya səviyyəsi ilə bağlı xəbərdarlıqlar edilib. İran tərəfi isə hadisəyə dair hələlik rəsmi açıqlama verməyib./azpolitika.info