İranın daha bir şəhərində Qasim Süleymaninin xatirə abidəsi dağıdıldı - VİDEO

İranda rejimə qarşı narazılıq davam edir. Xalq hər bir yolla öz etirazını bildirir, səsini eşitdirməyə çalışır.

Bu dəfə də İranın Kerman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin keçmiş komandanı general Qasim Süleymaninin xatirə abidəsi inqilabçılar tərəfindən məhv edilib.

“Azad İran” “Telegram” kanalı bununla bağlı görüntüləri təqdim edir.

Qeyd edək ki, bundan əvvəl Üskü şəhərinin girişində Süleymaninin xatirə lövhəsi dağıdılıb.