Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq təsərrüfat malları yükü gətirən Azərbaycan vətəndaşının idarə etdiyi 99DK173/10ZG554 dövlət qeydiyyat nişanlı “DAF” markalı yük nəqliyyat vasitəsinin yol-nəqliyyat sənədində qeyd olunan 18 tona yaxın avtomobil ehtiyyat hissələrini İran ərazisində boşaltdığı və həmin yükün yerinə 17 tondan artıq döşəmə daşı yüklədiyi müəyyən olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Naxçıvan Baş Gömrük İdarəsindən bildirilib.
Nəqliyyat vasitəsi mayın 29-da saat 21:50-də Azərbaycan Respublikasının “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində qeydiyyata alınaraq ölkədən çıxış edib, iyunun 2-də saat 04:52-də “Culfa” ” dövlət sərhədindən buraxılış məntəqəsindən muxtar respublika ərazisinə daxil olub.
Yükə qanunsuz müdaxilə zamanı istifadə olunan yapışdırıcı və digər vasitələr, qırılıb sonradan yapışdırılmış gömrük təminatları maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.