İrandan narkotik vasitələrin tranzitinə görə saxlanılan daha iki Rusiya vətəndaşı həbs edildi

İrandan Azərbaycana narkotik vasitə keçirməkdə təqsirləndirilən daha iki Rusiya vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Stopnarkotik.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Azərbaycana narkotik vasitə keçirməkdə təqsirləndirilən daha iki Rusiya vətəndaşı həbs edilib.

Stopnarkotik.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat təmin edilib.

Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Daha əvvəl 4 nəfər barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsində təqsirləndirilən daha iki Rusiya vətəndaşının barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Stopnarkotik.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İttihama görə, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər Rusiya vətəndaşı saxlanılıb..

Daha əvvəl iki nəfər barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

Oxu.Az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə iki nəfər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 6 nəfərin məhkəməsi davam edəcək.

İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər Rusiya vətəndaşıdır.

İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan səkkiz nəfər məhkəməyə gətirilib.

Stopnarkotik.az "Report"a istinadən xəbər verir ki, proses Səbail Rayon Məhkəməsində keçirilir.

Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.

Stopnarkotik.az "Report"a istinadla xəbər verir ki, onlar Rusiya vətəndaşlarıdır.

Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.