İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - SAXLANILANLAR VAR / FOTOLAR

İrandan Azərbaycana 8 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısını alınıb.

Bu barədə Stopnarkotik.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 14-də saat 23:05-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan İslam Respublikası vətəndaşı – 2003-cü il təvəllüdlü Abdulnaser Noorzai və cinayətkar qrupun digər üzvü Azərbaycan Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Alıkişiyev Sadıq Tapdıq oğlu saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edən şəxslər saxlanılıb - FOTO

İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edən şəxslər saxlanılıb - FOTO