İranda içərisində 53 pakistanlı zəvvarın olduğu avtobus aşıb.
Stopnarktotik.az yerli KİV-ə istinadən xəbər verir ki, İranın Yəzd vilayətindəki sərhəd-keçid məntəqəsi yaxınlığında baş verən hadisə nəticəsində 35 nəfər ölüb, 18 nəfər yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
İlkin versiyaya əsasən, qəzaya nəqliyyat vasitəsinin əyləc sistemində yaranmış problem səbəb olub.
Əraziyə xilasedicilər və polis əməkdaşları cəlb edilib. Hadisənin səbəbi araşdırılır.