İranda saxta spirtli içki satanlar edam edilib.
Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, İranın Əlborz əyalətinin Kereç şəhərində saxta içki satdıqları aşkarlanan və edama məhkum edilən 4 nəfərə ölüm hökmü verilib.
Məsələ ilə bağlı Məhkəmə Hakimiyyət Qurumundan yazılı açıqlama yayıb.
Edama məhkum edilən 4 nəfərə hökmün icra edildiyi bildirilib.
Xatırladaq ki, ötən ilin iyununda 17 nəfərin öldüyü, 191 nəfərin zəhərləndiyi hadisə ilə bağlı 11 nəfər həbs edilib, 4 nəfərə ölüm hökmü çıxarılıb.