İranın Sistan və Bəlucistan vilayətinin Zahidan şəhərində polis avtomobilinə silahlı hücum olub.
Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub.
Hələlik hücumun kimlər tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.