İranda narkotik satışı ittihamı ilə həbs olunan güneyli məhbus edam edilib - FOTO

Güney Azərbaycanın Qəzvin şəhərinin mərkəzi zindanında Şərqi Azərbaycan əyalətinin Əcəbşir şəhərindən olan Behzad Biderəng adlı məhbus dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İranda İnsan Haqları Təşkilatı HENGAW-ın xəbərinə görə, edam olunan 42 yaşlı güneyli narkotik maddə qaçaqmalçılığında ittiham edilib.

Qeyd olunub ki, məhbusun edam hökmü haqqında hökumət mediasında, xüsusən də İranın Məhkəmə sisteminə yaxın media qurumlarında məlumat verilmir.