İranda Müdafiə Nazirliyinin sənaye kompleksində partlayış oldu

Tehranda İran Müdafiə Nazirliyinin sənaye kompleksində partlayış baş verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “RRN Media” özünün X sosial şəbəkəsində məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayışdan sonra yanğın baş verib, lakin itki yoxdur.

Bildirilir ki, qurumun kompleksi Nobonyad rayonunda yerləşir.