Tehranda İnqilab Meydanında yüksəkrütbəli hərbi komandanlar və nüvə alimləri daxil olmaqla, 60 nəfərin dəfn mərasimi keçirilir.
İran Prezidenti Məsud Pezeşkian da mərasimə qatılıb.
Qeyd edək ki, İsrailin İrana zərbələrindən sonra 10 nüvə alimi həlak olub.
Həmçinin həlak olanlar arasında ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyin Salami, SEPAH generalı Səid İzadin, İran Silahlı Qüvvələrinin “Hatam-al-Anbiya” mərkəzi qərargahının rəisi, SEPAH generalı Əli Şadmani, kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazımi və digər şəxslər də var.




