İranda iki gündə 1 tondan artıq narkotik maddə müsadirə edildi - 60 NƏFƏR SAXLANILDI

İran polisi iki gün ərzində ölkənin cənub-şərqindəki əyalətdə 82 qanunsuz silah və 200 reaktiv qumbaraatan ələ keçirib.

Stopnarkotik.az xəbər verir ki, "Raad-2" kod adlı bir sıra əməliyyatlarda silah və sursat ələ keçirilib.

Polis əməliyyatlar zamanı 16 dəstənin məhv edildiyini və 700-dən çox cinayətkarın saxlanıldığını bildirib.

Bundan əlavə, 1 tondan artıq narkotik maddə müsadirə edilib, 60 narkotik alverçisi isə saxlanılıb.

Stopnarkotik.az