İranda HƏMAS liderinin ölümüylə bağlı üçgünlük matəm elan edildi

Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar İranda üçgünlük matəm elan edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.